İsveçdə sığınacaq axtaranlara

Till dig som söker asyl i Sverige – azerbajdzjanska

Sığınma üçün müraciətinizə baxan idarə Miqrasiya idarəsidir. İsveçdə sığınacaq ala bilmə qaydaları BMT-nin Qaçqınlar Konvensiyasına, AB-nin ortaq qaydalarına və İsveç qanunlarına əsaslanır.

Bu məlumat səhifəsində sığınma başvurunuza İsveç Miqrasiya İdarəsi tərəfindən necə baxılması barədə və habelə İsveçdə sığınacaq axtaran şəxslərin haqqları və öhdəlikləri haqqında qısa məlumat verilir. Digər məlumatları siz bir zaman sonra ətraflı ala biləcəksiniz, və o zaman sizə sual verməyə imkan veriləcək.

Sığınma qayda­ları

İsveçdə sığınacaq axtaran şəxslərin müraciətləri İsveç Migrasiya İdarəsi tərəfindən ayrı ayrılıqda araşdırılır. İsveç sizə qaçqın və ya digər səbəblərdən qorunma ehtiyacınız olarsa oturum icazəsi verəcək.

Qaçqın

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Qaçqınlar üzrə Konvensiyasına və İsveç Qanununa əsasən o zaman ki siz təməlli olaraq aşağıda qeyd edilən səbələr üzündən təqiblərə görə qorxu hiss edirsinizsə siz qaçqın sayılırsınız:

  • İrqi mənsubiyətdən
  • Milliyətçilikdən
  • Dini və siyasi fikirlər üzündən
  • Gender (cinsiyyət qadın/kişi)
  • Cinsi orientasiya üzündən
  • Müəyyən bir icma qrupuna aid olduğunuzdan.

Təqiblər ölkənin idarəetmə orqanları tərəfindən ola bilər.Həmçinin bəzi şəxslər və ya qruplardan təqiblərə məruz qalmanı müdafiə edə bilməyən və ya müdafiə etmək istəməyən fərdi şəxslər və ya idarə orqanları ola bilər.

Qaçqın statusu verilmiş şəxs adətən üç il müddətinə bir yaşayış/oturum icazəsi alır.

Alter­nativ qorunma ehtiyacı olanlar

İsveç qanununa əsasən siz alternativ qorunma ehtiyacı olan şəxs kimi o zaman sayılırsız ki:

  • Ölümlə cəzalandırılmaq təhlükəniz var
  • Bədən cəzası, işgəncə və ya digər qeyri insani və ya təhqiryani,alçaldıcı rəftarlara və ya cəzalara məruz qalma təhlükəsi var
  • Silahlı münaqişələr nəticəsində yaranan təhlükə üzündən bir ölkə vətəndaşı kimi ciddi zədə alma təhlükəniz var.

Alternativ qorunma vəziyyəti statusu alan şəxs adətən 13 aylıq bir dövr ücün yaşayış haqqı alır.

Sığınma haqqda müraciət etmək

İsveçdə sığınacaq almağa müraciət etmək üçün İsveç Miqrasiya İdarəsinə şəxsən müraciət etməlisiniz. Ərizə şöbəsi sizin başvurunuzu qəbul edir və sizi qeydiyyatdan keçirir.

Sizin şəklinizi çəkəcəklər və barmaq izlərinizi alacaqlar. Barmaq izləırinizin alınma səbəbi Avropanın digər hər hansı bir ölkəsində sizin sığınma tələbində olmamanızı təsdiq etmək üçündür.

Siz işinizlə məşqul olan məmurla göruşəcəksiniz və tərcüməçinin köməyi ilə kim olduğunuza, vətəninizi nə səbəblər üzündən tərk etdiyinizə və İsveçə necə səfər etdiyinizə dair suallara cavab verəcəksiniz. Sizə hətta ailə vəziyyətiniz və sağlamlığiniza dair suallar veriləcəkdir. Bunu sizin ərizənizi araşdırma üçün hazırlamaq üçün edirik. Siz sığınma səbəbləriniz haqqda sığınma soruşdurması əsnasında digər suallara da cavab verəcəksiniz.

Xüsusi ehtiyacınız varsa, məsələn hərhansı bir əlilliyiniz varsa, yani fiziki iş görmə, psixoloji (zehni) və ya intelektual əngəliniz varsa, siz bunu Miqrasiya İdarəsinə söyləməlisiniz. Əlilliyiniz sığınma üçün müraciət edərkən Miqrasiya İdarəsi ilə unsiyyət qurmağinizi çətinləşdirirsə sizin yardım almağınıza hüququnuz vardır.

Ərizə şöbəsində sığınacaq alma prosesinin necə irəli gedəcəyi barədə məlumat alacaqsınız və sizə bu barədə sual vermənizə imkan veriləcəkdir. Sığınma başvurunuz qeydiyyata alındıqdan sonra siz sığınma ərizəniz haqqda keçici olaraq bir qəbz alacaqsınız. Sığınacaq axtaran olduğunuzu göstərən LMA kartını alana qədər bu qəbzi saxlamalısınız.

Kim olduğunuz haqqda məlumat verin

Sığınma hüququna malik olub olmadiğınızı qiymətləndirmək üçün siz kimliyinizi və haradan olduğunuzu Miqrasiya İdarəsnə təsdiq edə bilməlisiniz.Bunu göstermək üçün ən yaxşı yol sizin sığınma başvurusu edərkən pasport və ya kimliyinizi göstərən kartınızın onlara təqdim etmənizdir. Kimlik kartınız və ya pasportunuz öz ölkənizin səlahiyyətli orqanları tərəfindən tərtib edilməlidir və onun üzərində sizə aid şəkil olmalıdır. Bu sənədin içində adınız, vətəndaşlığınız və doğulduğunuz tarix göstərilməlidir.

Kimliyinizi təsdiq edən sənədləri əldə etmək sizin məsuliyyətinizdir. Əgər Miqrasiya İdarəsinə sığınma üçün başvurduğunuz zaman heç bir kimliyiniz və ya kimliyinizi təsdiq edən sənəd yoxdursa sizin işinizlə məşqul olan məmur sizdən tez bir zamanda kimlik sənədlərinizi ərizənizə əlavə etmənizi tələb edəcəkdir.

Kimlik sənədlərini əldə edə bilmədiyiniz hallda Miqrasiya İdarəsinə bunları tapmağa cəhd etdiyinizi göstərə bilməlisiniz. Əgər sizin kimliyinizi təsdiq edən başqa bir sənədiniz varsa, məsələn sürücülük vəsiqəsi, doğum haqqda şəhadətnamə, vətəndaşlıq haqqda şəhadətnamə və ya hərbi kitabçanızı Miqrasiya İdarəsinə təqdim etməlisiniz. Bu cür sənədlər sizin kimliyinizi tam təstiq edə bilməz, lakin bu sənədlər sizin həyatınız və vətəniniz haqqda dedikləriniz ilə bərabər şəxsiyyətinizi ehtimal etməyə kömək edəcəkdir.

Siz kim olduğunuzu göstərmək üçün kömək edərsinizsə, qararı gözlədiyiniz zaman ərzində işləmək hüququnu qazanmış olacaqsınız.

Sığınma başvurunuza hansı ölkənin baxmasını siz təyin edə bilməzsiniz (Dublinanlaşmasının qanunlarına əsaslanaraq)

Sığınma haqqda ərizənizi təqdim etdikdən sonra, Miqrasiya İdarəsi, bu sığınma ərizəsinin İsveç dövləti və ya hər hansı başqa AB ölkəsi tərəfindən sınanması haqqda qərar verəcəkdir. Əgər siz başqa AB ölkəsinə viza almısınızsa, və ya həmən ölkədə müəyyən bir növ yaşayış icazəsi almışsınızsa, ya da İsveçə gələrkən başqa AB ölkəsində sıgınacaq istəmisinizsə, onda siz həmən ölkəyə geri göndəriləcəksiniz. Buqayda qanunlar Dublinanlaşmasında öz əksini tapmışdır. Bu barədə daha ətraflı məlumatları “AB-də sığınacaq almaq üçün müraciət etmişəm – hansı ölkə mənin müraciətimə baxacaqdır?“ məlumat formasında oxuya bilərsiniz. (Bu məlumat broşürü bütün dillərdə mövcud deyildir.)

Gözləmə zamanı

Əgər sizin səğınma haqqda ərizəniz İsveçdə həll edilərsə, ərizəyə cavab alana qədər İsveçdə qala bilərsiniz. Qaldığınız dövrdə Miqrasiya İdarəsinin qəbul şöbələrindən biri ilə əlaqə saxlayacaqsınız. Miqrasiya idarəsinin qəbul şöbəsində işləyənlər sizin sığınacaq alacağınız və ya almayacağınız barədə qərar vermirlər. Qəbul şöbəsi sizə yalnız iqtisadiyyatınız və yaşayış yeri haqqda suallarla, yani praktiki məsələlərlə kömək edəcəkdir. Qərar gəldikdə Miqrasiya İdarəsinin qəbul şöbəsi sizinlə əlaqə saxlayacaqdır, bu yolla siz qərarın sizin üçün nə demək olduğunu və qərardan sonra nə edəcəyiniz haqqda məlumat veriləcəkdir.

Önəmli məlumatlar

Miqrasiya İdarəsinin qəbul şöbəsi sizi bir qrupp kimi məlumat yığıncağına çağıracaqdır. Yığıncaqda siz sığınacaq axtaran şəxslər üçün gərəkli olan şeylər haqqda məlumat alacaqsınız. Bu məlumat məsələn mənzil, maliyyə və ya səhiyyə haqqda ola bilər. Bu yığıncaqda siz habelə qanunlar haqqda, sığınacaq axtaranlara yardım edən başqa orqanlar və digər təşkilatlar haqqda məlumat əldə edəcəksiniz. Bu çox mühüm məlumatlardır ki qərar gözləyərkən siz faydalana bilərsiniz.

Siz Miqrasiya İdarəsinin ərizə şöbəsində və qəbul şöbəsində çox məlumat əldə edəcəksiniz.Bəzən sizə elə gələcək ki bir anda sizə lazım olduğundan artıq məlumat alırsınız. Miqrasiya İdarəsindən aldığınız hər bir sənədi saxlayın ki həmən sənəddə olan məlumatları yenidən oxuyasınız və suallarınız olarsa növbəti dəfə görüşdə siz işinizlə məşğul olan məmurdan həmən sualları soruşasınız.

Əgər siz Miqrasiya İdarəsinə aid yaşayış yerlərinin birində yaşayırsınızsa onda siz bəzən yaşayış yerində işləyən və ya oranı ziyarət edən Miqrasiya İdarəsinin əməkdaşlarını ilə tanış olacaqsınız. Bu əməkdaşlar sizin sığınacaq ərizənizlə bağlı suallara cavab verə bilməyəcəklər, lakin sizə aradığınız məlumatları tapmaqda sizə yardım edə bilərlər.

Sığı­nacaq haqqda araş­dır­manı gözləyərkən

Sığınacaq haqqda araşdırma şöbəsinə cağırılmadan öncə çox uzun zaman keçə bilər. Gözləmə müddəti şəxsdən şəxsə dəyişə bilər.

Sığınacaq istintaqında siz daha ətraflı olaraq İsveçdə nədən sığınacaq axtardığınız haqqda danışacaqsınız, siz həmçinin sizlə nələr baş verdiyini və vətəninizə məcburən geri döndüyünüz zaman nə baş verə biləcəyini danışacaqsınız.

Bu qərar verilmədən öncə daha da bir neçə görüşə çağırıla bilərsiniz. Miqrasiya İdarəsinin sizə verdiyi görüş vaxtlarında gəlməlisiniz. Yeni görüş vaxtları almaq çox məhduddur, və bu üzdən əgər sizə yeni bir vaxt veməli olsaq qərarınızı almaq üçün uzun sürə gözləməli olmalısınız.

Bizə ünvanınızı söyləməlisiniz

Əgər siz qərarınızı gözlərkən yaşayış yerini dəyişsəniz İsveç Miqrasiya İdarəsinə yeni ünvanınız barədə məlumat verməlisiniz ki sizin ərizənizə baxılan zaman və ya başqa görüşləri təyin etmək üçün sizlə əlaqə saxlaya bilək. Poçtunuzu müntəzəm olaraq oxuyun ki İsveç Miqrasiya İdarəsindən gələn məlumatları qaçırmayasınız.

LMA kartı (LMA, Sığı­nacaq axta­ran­ların qəbuluna dair qanunu deməkdir)

İsveçdə sığınacaq almaq arzusunda olan zaman, ərizənizi verərkən sizə bir qəbz veriləcəkdir. Bu qəbzin üzərində bir nömrə var ki, həmən nömrəni Miqrasiya İdarəsi ilə təmasa girərkən söyləməlisiniz. Bu sizin işlə məşğul olan məmurun sizin haqqda bilgiləri tez tapmasına asanlaşdıracaq. Ərizənizi verəndən bir həftə sonra qəbul şöbəsindən bir kart alacaqsınız. Bu kart LMA kartı adlanır və sizdə olan qəbzi əvəz edir.

Sığınacaq istəyən şəxs olduğunuzu sübut edə bilmək üçün, və sığınacaq qərarını alana qədər sizin İsveçdə qala bilme haqqınız olduğunu təsdiq edə bilmək üçün, siz həmişə özünüzlə LMA kartınızı almalısınız. Xəstəxananı, sağlıq ocaqlarını ziyarət edərkən həmişə LMA kartınızı özünüzlə almalısınız, bu vasitə ilə siz istifadə etməyə haqqınız olan sağlıq ocaqlarının xidmətlərindən və sərfəli qiymətə istifadə edə biləcəksiniz.

Yaşayış

Siz ya yaşayış yerinizi özünüz təşkil edə bilərsiniz ya da Miqrasiya İdarəsinin sizin üçün təşkil etdiyi yaşayış yerində qala bilərsiniz. Öz pulunuz varsa İsveç Miqrasiya İdarəsi tərəfindən aldığınız yaşayış yerinin kirayəsini özünüz ödəməlisiniz. Özünüz bir yaşayış yeri tapsanız onda bu yerin kirayəsini özünüz ödəməlisiniz.

Əgər siz İsveç Miqrasiya Dairəsinin yaşayış yerində yaşayırsınızsa, sizə yer seçməyə icazə verilmir və gözləmə müddəti ərzində oradan köçəbilərsiniz. Yaşayış yerinizi özünüz yoluna qoymuşsanız, İsveç Miqrasiya Dairəsinə ünvanınızı bildirməyi unutmayın. Unutmayın ki, İsveç Miqrasiya Dairəsində sosial və iqtisadi problemləri olan yaşayış sahələrinin siyahısı vardır. Belə bir yərdə yaşamaq istəyən hər kəs İsveç Miqrasiya Dairəsinin ekonomik dəstəyi hüququnu itirə bilər. migrationsverket.se/asyl saytında ünvanınızın bundan təsirləndiyini görə bilərsiniz.

Sizin xüsusi ehtiyyaclarınız varsa onda sizin uyğunlaşdırılmış yaşayış yerinə haqqınız vardır. Bu sizə o zaman aiddir ki sizin, məsələn, hər hansı bir əlilliyiniz varsa, fiziki və ya ruhi xəstəlikdən əziyyət çəkirsinizsə, LGBT şəxssinizsə,hamilə və ya yaşlısınızsa. Miqrasiya İdarəsini ən qisa bir zamanda xüsusi ehtiyaclarınız haqqda xəbərdar edin ki biz sizə təhlükəsiz hiss etdiyiniz bir ev tapmaq üçün əlimizdən gələni əsirgəmiyək.

Çox vacibdir ki yaşayış yerinizdə hər bir şəxs bir birinə hörmət bəsləsin və din, mədəniyyət və ya cinsi orientasiyasindan asılı olmayaraq bir birinə anlayış göstərsin.Əgər siz yaşadığınız yerdə özünüzü əmniyyətli hiss etməyirsizsə onda Miqrasiya İdarəsinə müraciət edə bilərsiniz.

Səhiyyə və sağlamlıq ocaqları

Sığınmacı kimi sizin təcili yardıma, təcili diş həkimi yardımına və gözlənilməyən sağlıq problemləriniz olarsa tibbi yardıma haqqınız vardır.Hansı tibbi yardım almanız səhiyyə və sağlamlıq ocaqları tərəfindən müəyyən edilir.Səhiyyə və sağlamlıq yerlərini ziyarət etdikdə və ya sizə yazılan bəzi dərmanları aldıqda siz LMA kartınızı göstərsəniz daha ucuz giymət ödəyəcəksiniz. Sığınmacı olan uşaqların və 18 yaşdan aşağı olan yeniyetmələrin eyni İsveçdə yaşayan digər uşaq və yenitmələr kimi pulsuz tibbi yardima hüquqları vardır.

Bütün sığınacaq axtaran şəxslər sağlamlıq mərkəzinə pulsuz muayinəyə çağırılırlar. Sağlamlıq müayinəsi sizin sığınacaq ərizənizə təsir göstərmir. Bu müayinə sizin üçündür və sizə ehtiyacınız varsa erkən tibbi yardım göstərə bilmək üçündür. Tibbi müayinə zamanı sizə sağlamlığınız ilə bağlı məsləhətlər veriləcək, sizə digər muayinələr/analiz vermə təklif ediləcək və İsveçdə sağlamlıq ocaqları və səhiyyə haqqda məlumat veriləcəkdir. Hər hansı bir əlillik, xəstəlik və ya tibbi yardıma ehtiyac olan başqa narahatçılıqlarınız varsa sağlamlıq işçilərinə bu barədə məlumat verməlisiniz.

Səhiyyə işçiləri Miqrasiya İdarəsi üçün işləmirlər və onların sirr saxlama yükümlülüyü vardır.

İş

Sığınmacı kimi İsveçdə işləmə icazəsi olmadan da işləyə bilərsiniz, əgər:

  • Sizin ərizənizə İsveçdə baxılacaqsa
  • Siz şəxsiyyətinizi aydınlaşdırmaq üçün kömək edirsinizsə
  • Sizin ərizəniz açıq-aydın əsassız sayılmazsa.

Bu tələbləri yerinə yetirmisinizsə işləmək hüququ qazanmış olursuz.

Əgər siz işləmişsinizsə və sizin sığınacaq ərizənizə rədd cavabı gəlibsə, siz ölkəni tərk edənədək və ya ölkəni tərk etməyə razı olmanızı göstərirsinizsə işinizə davam edə bilərsiniz. Yaşayış icazəsi alsanız işinizə davam edə bilərsiniz.

Mövcud iş tapmaq üçün siz İş və işçi axtarmaq idarəsi (Arbetsförmedlingen) ilə əlaqə saxlaya bilərsiniz. (www.arbetsformedlingen.se/ External link, opens in new window.)

Mali yardım

Əgər işləmək imkanınız yoxdursa və ya şəxsi pulunuz yoxdursa, gündəlik pul üçün müraciət edə bilərsiniz. İsveç Miqrasiya Dairəsindən aldığınız pul yemək, geyim və şəxsi xərclər üçün kifayət edəcək. Əgər siz İsveç Miqrasiya Dairəsindən pul alırsınızsa, ekonomik vəziyyətiniz dəyişərsə, məsələn, iş alırsınızsa və ya yaşayış yerini dəyişsəniz, bu barədə İsveç Miqrasiya Dairəsinə məlumat verməyiniz vacibdir. Sosial və iqtisadi problemləri olan yaşayış sahəsinə köçsəniz, gündəlik pul almaq hüququnuzu itirə bilərsiniz. migrationsverket.se/asyl saytında siz hansı ünvanların təsirləndiyini görə bilərsiniz.

Siz həmçinin poçt qutusu ünvanı kimi faktiki yaşadığınız ünvandan başqa ünvan göstərsəniz, gündəlik pul və xüsusi pul almaq hüququnuzu itirə bilərsiniz. Yanlış məlumat vermək və ya məlumatı buraxmaq cinayət ola bilər və bu, İsveç Miqrasiya Dairəsinin polisə bildirməsi ilə nəticələnə bilər.

Tədris

Bütün uşaqlar və yeniyetmələrin məktəbəqədər uşaq baxçasına və məktəbə getməyə haqqı vardır.Yaşadığınız bələdiyyə, sığınacaq axtaran bütün uşaq və yeniyetmələrin həmən bələdiyyədə yaşayan digər sakinlər kimi, məktəbəqədər uşaq baxçasını və məktəbi eyni şərtlərdə istifadə edə bilməsi üçün məsuliyyət daşıyır. Bələdiyyənin uşağınıza məktəb təklifində bulunmasını asanlaşdırmaq üçün siz İsveç Miqrasiya İdarəsinin uşağınızın adını, doğum tarixini, dilini, vətəndaşlığını və sığınma işinizin nömrəsini bələdiyyəyə xəbər verməsinə razılıq verməlisiniz. Siz həmçinin özünüz də bələdiyyə ilə əlaqə saxlayaraq uşaqlarınızın məktəbəqədər uşaq baxçasına və ya məktəbə getməsini istədiyinizi söyləyə bilərsiniz.

Siz yetişkin/yaşa dolmuş şəxs kimi İsveçdə oturumunuzu aldıqdan sonra immiqrantlar üçün isveç dili (SFİ) dərsinə gedə bilərsiniz. Amma qərarınızı gözləyərkən isveç dili öyrənmək istəyirsinizsə, İsveçdə isveç dili öyrənmək təklif edən bir çox təhsil dairələri və könüllü təşkilatlar vardır. Sizin ərizənizi qəbul edən şöbədən sizin yaşadığınız yerdə isveç dili oxumaq üçün hansı imkanların olduğunu soruşa bilərsiniz.

Könüllü işləyən təşkilatlar

Bir çox yerlərdə, məsələn, könüllü təşkilatlar, təhsil ocaqları və kilisələrdə sığınacaq axtaranlar üçün müxtəlif fəaliyyətlər təşkil edirlər. Miqrasiya İdarəsinin əməkdaşları sizin yaşadığınız yerdə hansı təşkilatların yerləşdiyi barədə sizə məlumat verə bilərlər. Belə təşkilatlar hər kiçik şəhərlərdə və regionlarda yoxdur. Ərizənizə baxan şöbədən xüsusi təyinatlı bir təşkilatla əlaqə saxlamağı istədiyiniz barədə yardım istəyiniz.

Sığınacaq haqqda soruşdurma

Sığınacaq haqqda soruşdurmada siz tərcüməçinin köməkliyi ilə sığınacaq axtarmaq səbəbləriniz haqqda danışacaqsınız, yani İsveçdə sığınacaq axtarmanızın səbəbləri haqqda danışacaqsınız. Öz vətəninizi nədən tərk etdiyinizi siz ən yaxşı bilirsiniz.Buna görə də vətəninizdə sizinlə bağlı baş verən hər şeyi danışmalısınız və geri dönmək məcburiyyəti hallda sizinlə nə olacağına dair məlumat verməlisiniz. Yalnız vətəninizdəki vəziyyət deyil sizinlə nə baş verdiyini bildirməlisiniz.

Miqrasiya İdarəsi yalnız sizin öz vətəninizi tərk etmə qərarınızin bütün vacib nədənlərini söylədikdən sonra sizin işinizi dürüst qiymətləndirə bilər. Sizin işinizlə məşqul olan məmur sizin ərizənizin əsas vacib hissələrini bilmək üçün sizə suallar verəcəkdir.

Sizin dediklərinizi dəstəkləyən bir sənədiniz və ya hər hansı başqa şeylər varsa onları sığınacaq haqqda araşdırmaya gəldikdə özünüzlə gətirməlisiniz. Əgər lazım gələrsə Miqrasiya İdarəsi bu materialları tərcümə edəcəkdir.

Haqqında danışmaq çətin olan şeylər

Bəzi şeylər haqqda danışmaq çətindir, lakin bu cür şeylərin də siz tərəfindən danışılması çox böyük önəm daşıya bilər. İşinizlə məşqul olan məmurun sirr saxlama yükümlülüyü vardır və yalnız sizin işinizlə məşqul olan başqa məmurlara sizin söylədiyinizi paylaşa bilər. Tərcüməçinin də məmur kimi sirr saxlama yükümlülüyü vardır. Əgər ehtiyacınız olarsa istintaqa ara verməni arzu edə bilərsiniz.

Əgər siz işinizlə məşqul olan məmurun qadın və ya erkək olmasını arzu edərsinizsə onda bunu işinizlə bağlı istintaq başlamadan söyləməlisiniz.

Hüquqi yardım

Sığınacaq axtaran şəxslərin bir çoxu onları təmsil edən, ictimai hüquq məsləhətçisi almağa hüquqları vardır. Əgər sizin ictimai məsləhətçi yardımı almağa haqqınız varsa, İsveç Miqrasiya İdarəsi sizə ixtisaslı hüquqşünas təyin edəcək ki, bu hüquqşünas Miqrasiya İdarəsi sizin ərizənizlə məşqul olarkən sizin maraqlarınıza diqqət yetirəcəkdir və sizə hüquqi yardım edəcəkdir.

Miqrasiya İdarəsi özü hüquqşünası təyin edir və pulunu ödəyir, amma bu hüquqşünas Miqrasiya İdarəsi və digər orqanlara bağlı deyil özü müstəqil çalışır. Sizin istədiyiniz hüquqşünası təklif edə bilərsiniz, və yaxud da bir qadın və ya erkək hüquqşünas arzu edə bilərsiniz. İstintaq başlamadan əvvəl siz bunu bizə bildirməlisiniz. Əgər sizin Miqrasiya İdarəsi tərəfindən tutulan və ödənən bir hüquqşünasa haqqınız yoxdursa, siz özünüz işinizlə yardım edən hüquqşünas tuta bilərsiniz və onun pulunu özünüz ödəməli olacaqsınız.

Tərcüməçinin işi və rolu

Miqrasiya İdarəsindəki görüşlərdə çox vaxt tərcüməçilər iştirak edir və onlar deyilənləri tərcümə edirlər. Bəzən tərcüməçilər otaqda oturur, bəzən isə telefon və ya monitor vasitəsilə görüşmədə iştirak edir. Tərcüməçi dediklərinizi tərcümə edərkən danışdıqlarınızı tam çatdıra bilməsi üçün danışıqda ara verməyi unutmayın. Yenidən söhbətə başlamazdan əvvəl tərcüməçinin sözünün tam bitməsini gözləyin.

Tərcüməçilər müəyyən qaydalara riayət etməlidirlər. Tərcümə etmədən əvvəl tərcüməçi hər iki tərəfə onun rolunu, sirr saxlama yükümlü olduğunu və otaqda söylənən hər bir şeyin tərcümə etməsi barədə məlumat verməlidir. Tərcüməçi deyilənlərin hamısını tərcümə etməlidir, tərcüməyə başqa əlavələr etməməlidir və ya deyilənləri əskik söyləməməlidir. Tərcüməçi neutral olmalıdır, yani siyasət, din və başqa bir şey haqqda öz fikirlərini bildirməməlidir. Tərcüməçi tərəfsiz olmalıdır. Bu o deməkdir ki tərcüməçi deyilənlərə qarışmamalı, birinə kömək etməyə çalışmamalı və ya söhbət əsnasında hər hansı birininizin dedikləri ilə razı olmasını göstərməməlidir.

Əgər tərcüməçini başa düşmürsünüzsə və ya hər hansı səbəb üzündən özünüzü tərcüməçi ilə rahat hiss etmirsinizsə bunu vaxtında söyləməniz çox vacibdir. Siz toplantını ləğv edib yeni bir tərcüməçi tələb edə bilərsiniz. Ayrıca, bir erkək və ya qadın tərcüməçini arzu etdiyinizi öncədən söyləməlisiniz.

Qərar

Əgər oturma izni alırsınızsa

Əgər siz yaşama izni alarsınızsa İsveçdə yaşaya və işləyə bilərsiniz. Yaşayış icazəsi aldığınız zaman İsveç Vergi İdarəsinə (Skatteverket) gedib qeydiyatdan keçməlisiniz və sizə dörd nömrədən ibarət şəxsiyyət nömrəsi veriləcəkdir. Yaşayış icazəsinə sübut olaraq sizə Miqrasiya İdarəsi tərfindən hazırlanmış yaşayış izni kartı veriləcəkdir. Həmən kart Miqrasiya İdarəsinin qəbul şöbəsinə göndərilir.

İsveçdə sığıncaq axtaran şəxslərə çox vaxt müvəqqəti yaşayış izni verirlir, və bu da bir və ya üç il müddətində etibarlıdır.

Yaşayış iznini uzatmaq

Sizin müvəqqəti yaşayış izninizin vaxtı keçmişdirsə onda siz bu iznin vaxtını uzatmaq üçün müraciət etməlisiniz. Cox vacibdir ki siz, müvəqqəti yaşayış izninizin müddəti bitmədən, onun uzanması üçün ərizə verəsiniz, yalnız bunu üç ay əvvəldən olmamaq şərti ilə etməlisiniz.

Əgər sizin hələ də qorunmağa ehtiyyacınız varsa sizin icazənizin vaxtı uzaltıla bilər.

Siz rədd cavabı almışsınızsa

Ərizənizə rədd cavabı o deməkdir ki, Miqrasiya İdarəsi sizin İsveçdə qalmanız üçün kifayət qədər səbəbinizin olmadığını düşünür. Sizə rədd cavabı gəldikdə iki seçiminiz vardır: ya qərarı qəbul edib vətəninizə geri qayıda bilərsiz ya da bu qərarı qəbul etməyib şikayət edə bilərsiz (apelyasiya).

Əgər sığınacaq haqqda ərizənizə rədd cavabı almışsınızsa sizə ya rədd ya da ölkəni tərk etmək qərarı veriləcəkdir. Bu adətən, qərar qəbul edildiyi gündən başlayaraq, dörd il müddətində etibarlı sayılır. Əgər bu dörd il ərzində siz yenidən bura qayıtsanız, siz yenidən rədd cavabı alıb geri qaytarılacaqsınız. Bu hallda Miqrasiya İdarəsindən yeni sınama zamanı və ya yardım ala bilməyəcəksiniz.

Yaşayış hüququ və maddi yardım hüququ dayan­dırılır

Əgər siz sığınma haqqda ərizənizə rədd cavabı almışsınızsa, artıq maddi yardım almağa haqqınızı itirmiş olur. Bu siz yaşlı və yetişkin şəxslərə aiddir ki, qəyyumluğunuzda olan uşaq və yeniyetmələriniz 18 yaşından aşağı yaşı vardır. Maddi yardım o deməkdir ki, Miqrasiya İdarəsinin yaşayış yerlərinin birində yaşayış yeri və gündəlik xərcləməyə verilən maddi yardım. Bu hüquqlarınız rədd cavabı və ya geri dönmə qərarınız etibara girən zaman, və qərarı şikayət etmə zamanıniz bitmiş olduğundan, və ya könüllü olaraq ölkəni tərk edib geri dönmək qərarının zamanı bitən vaxt dayandırılır. Onda siz İsveçi tərk etməlisiniz.

Uşaqlı ailələr İsveç Miqrasiya Dairəsinin müvəqqəti mənzilində qala bilər və İsveçdən ayrılana qədər və ya başqa bir səbəblə qəbul şöbəsindən çıxana qədər maddi dəstək hüququnu qoruya bilər.

Əgər şikayət etmək istərsinizsə

Əgər siz sikayət etmək istəsəniz bu o deməkdir ki sizin işiniz haqqda verilən qərarı məhkəmə nəzərdən keçirəcək. Siz şikayət ərizənizi Miqrasiya İdarəsinə göndərməlisiniz. Bu şikayətiniz sığınma qərarınız qüvvəyə girməmişdən əvvəl, qərarı aldığınız vaxtdan etibarən üç həftə ərzində gəlməlidir.Əgər hüquqi yardımçınız varsa o sizə bununla kömək edə bilər.

Miqrasiya İdarəsi birinci sizin şikayətinizi nəzərdən keçirir ki qərar dəyişilməsinə səbəb var ya yox. Əgər Miqrasiya İdarəsi sizə verilən bu rədd cavabının dəyişdirilməsinə bir səbəb olmadığını görərsə, onda Miqrasiya İdarəsi sizin şikayətinizi Miqrasiya Məhkəməsinə göndərir. Əgər siz Miqrasiya Məhkəməsinin hökmü ilə razı deyilsinizsə, onda siz Miqrasiya Ali Məhkəməsinə müraciərt edib sizin işinizə yeni baxılmasını tələb edə bilərsiniz.

Miqrasiya Ali Məhkəməsi bəzi əsaslı, mühüm məhkəmə işlərini nəzərdən keçirir ki, onların gələcək qərarlar üçün əhəmiyyət daşıdığını görür. Əgər Miqrasiya Ali Məhkəməsi şikayətinizə baxmamaq qərarını verərsə, sizə verilən qərar dərhal etibara girəcəkdir.

Əgər siz fikrinizi dəyişib şikayətinizi geri almaq istəsəniz, onda Miqrasiya İdarəsinə bu haqqda məlumat verə bilərsiz və bununla da sizə verilən rədd cavabını qəbul etmiş olacaqsınız. Onda məhkəmə sizin apellyasiya şikayətinizi icra etməyəcək və işinizə baxmayacaqdır.

Geri qaytarılma

Rədd cavabı etibara girən gündən sizə ölkəni könüllü tərk etmək üçün müəyyən bir vaxt veriləcəkdir. Həmən rədd qərarında sizə ölkəni tərk etmək üçün nə qədər vaxt verildiyi yazılmışdır və siz ölkəni tərk etmək üçün məsuliyyət daşıyırsınız. Miqrasiya İdarəsi sizə öz ölkənizə və ya yaşama izniniz olan digər ölkəyə geri qayıtmağa yardım edəcəkdir. Məsələn, İsveç Miqrasiya İdarəsi sizin ölkənizdəki təmaslarla və ya səfərinizi planlaşdırma ilə yardım edə bilər.

Bəzi şəxslər öz ölkələrində yenidən başlanğıcı asanlaşdırmaq üçün mali dəstək ala bilərlər, bəzilərinə isə hüquqi yardım kimi yenidən inteqrasiya dəstəyi ilə kömək oluna bilərlər, və ya onlara öz ölkələrində əməkçi birjasına daxil olmaq kimi yardım verilə bilər. Siz işinizlə məşqul olan məmurdan yenidən başlanğic dəstəyi haqqda məlumat ala bilərsiniz.

Geri gəlmə qadağası

Əgər rədd qərarınızda yazılan müddətdə ölkəni tərk etməsəniz onda sizə geri gəlmə qadağası qoyulacaqdır. Onda siz bir il ərzində Şengen bölgələrinə, Bulqarıstana və Ruminyaya geri qayıda bilməzsiniz.Qərarda yazılan ölkəni tərk etmək tarixi unutmamaq yalnız sizin özünüzün məsuliyyətidir.

Miqrasiya İdarəsi könüllü olaraq geri dönməyəcəyinizə inanırsa sizə geri gəlmə qadağası qərarı verə bilər.

Dərhal həyata keçiriləcək bir rədd qərarı almısınızsa onda bununla bərabər həmişə geri gəlmə qadağası da verilir.

Əgər siz əməkdaşlıq etmək isməyirsi­nizsə

Əgər Miqrasiya İdarəsi sizin onlarla əməkdaşlıq etmək istəmədiyinizi dəyərləndirirlərsə siz gündəlik mali yardmınızı itirə bilərsiniz. Miqrasiya İdarəsi də sizi nəzarət altında saxlaya bilər və ya sizi öz himayələrində saxlama qərarı verə bilər (həbs). Nəzarət altda saxlamaq o deməkdir ki siz müəyyən vaxt və yerlərdə müntəzəm şəkildə qeydiyyatdan keçməlisiniz. Siz həmçinin pasportunuzu və ya şəxsiyyətinizi göstərən digər sənədləri onlara təhvil etməyə məcbur olarsınız. Həbs edilmə o deməkdir ki siz bir yerdə qapalı qapı arxasında saxlanıla bilərsiniz və həmən yeri tərk edə bilməzsiniz.

Əgər Miqrasiya İdarəsi əməkdaşlıq etmədiyiniz üçün, qərara əsasən rədd cavabı almanızı və ya ölkəni tərk etmənizi sizə bildirə bilməzsə, və öz işlərini yerinə yetirə bilməzlərsə, onda polis sizin ölkədən göndərilmənizin cavabdehliyini tamamilə öz üzərinə ala bilər. Polis sizi axtarmar və axtarışa vermək hüququna malikdir, və onlar sizi ölkəni tərk etməyə məcbur edə bilər.

Yeni məlumatlar

Əgər yekun rədd qərarından sonra yeni məlumatlar ortaya çıxarsa,və bu məlumatlar sizin geri göndərilmənizin mümkün olmadığını göstərərsə, Miqrasiya İdarəsi yeni məlumatları nəzərdən keçirə bilər. Bu, məsələn, ölkənizdə olan vəziyyətin pisləşməsi və ya da sizin ağır xəstəliyə tutulmanız üzündən ola bilər. Miqrasiya İdarəsi bunu öz təşəbbüsü ilə, ya da sizin Miqrasiya İdarəsindən xahişiniz zaman edə bilər.

Artıq məlumat almaq istəsəniz

Cavab gözləmə zamanı sizi bir çox görüşmələrə çağıracaqlar və bu görüşmələrdə sizin üçün bilmək vacib olan şeylər haqqında məlumat əldə edə bilərsiniz.

Miqrasiya İdarəsinin ərizə şöbəsində işinizlə məşqul olan məmur sizə mənzil, maliyyə, səhiyyə və uşaqlarınız üçün məktəb haqqda danışılacaqdır, və bununla əlaqədar hansı dəstək ala biləcəyinizi öyrənəcəksiniz.

Miqrasiya İdarəsinin ərizə şöbəsi sizin ərizənizi qeydiyyata aldıqdan sonra sizi qəbul şöbəsində qəbul edəcəkdir. Qəbul şöbəsi sizi qrup şəklində məlumata çağıracaqdır və orada siz yaşayış yeriniz haqqda qaldığımız yerə dair məlumat alacaqsınız.

Qəbul şöbəsi sizin işinizlə əlaqədar yeni bir məlumatı varsa sizi yeni görüşlərə dəvət edəcək.Qərar aldığınız zaman işinizlə məşqul olan məmur sizə qərarın nə anlamda olduğunu başa salacaqdır və bundan sonra nə etməli olduğunuzu açıqlayacaqdır.

Hər hansı bir sualınız varsa, siz sizi qəbul edən şöbəyə müraciət edə bilərsiniz və ya 0771-235 235 nömrəsinə, müştəri xidmətinə, zəng edə bilərsiniz. Müştəri xidmətləri nin telefon saatları bazar ertəsi günündən cüməyə qədər, saat 8.00-dən 16.00-ya qədərdir.

www.migrationsverket.se/asyl

www.informationsverige.se External link, opens in new window. internet səhifəsindən İsveç cəmiyyətinin necə olduğu haqqda məlumat ala bilərsiniz.

Əgər təcili olaraq polis, təcili yardım və ya xilasetmə şöbəsinə ehtiyacınız olarsa, onda 112 nömrəsinə zəng edə bilərsiniz.

Əgər polislə təcili olmayan bir məsələ haqda danışmaq istərsinizsə, onda 114 14 telefonuna zəng edə bilərsiniz.

Əgər səhiyyə və ya sağlamlıq haqqda suallarınız varsa, onda 1177 nömrəsinə zəng edə bilərsiniz.

Last updated: